“Atam, anam və mən
turist ailəsiyik”
İyunun 7-dən 9-dək Gənclər
və İdman Nazirliyinin təşkilatçılığı
ilə Xaçmazın Nabran istirahət zonasında «Atam, anam
və mən turist ailəsiyik» idman-turizm yarışması
keçirilib. Yarışda müxtəlif idman cəmiyyətlərini,
Xaçmaz, Qusar, İsmayıllı və Göygöl
rayonlarını təmsil edən 50-dən çox ailə
komandası iştirak edib. İştirakçılar
çadırın quraşdırılması, meşə
zolağındakı maneələrin dəf edilməsi və
çay üzərindən ip vasitəsilə keçmə mərhələlərində
mübarizə aparıblar.
Yarışa iyunun 9-da yekun vurulub.
Qalib komandalar Gənclər və İdman Nazirliyi tərəfindən
qiymətli hədiyyələr və diplomlarla təltif olunub.
Fəxriyyə
Mədəniyyət.-
2013.- 12 iyun.- S. 9.